Modern.az

Kürdəmirdə ağır qəza: hadisə yerindən FOTOLAR

Kürdəmirdə ağır qəza: hadisə yerindən FOTOLAR

Hadisə

20 Noyabr 2024, 20:19

Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda, rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib.

 

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi