Modern.az

"Bitkoin" rekord qırdı - Yeni QİYMƏTİ

"Bitkoin" rekord qırdı - Yeni QİYMƏTİ

21 Noyabr 2024, 09:38

"Bitkoin" kriptovalyutasının qiyməti yeni rekorda imza atıb.

 

Modern.az-ın məlumatına görə, ticarət platformalarında kriptovalyutanın qiyməti 95 min dolları keçib.

 

Səhər saatlarında bazarlarda "Bitkoin"in qiyməti 95,2 min dollar, bir neçə saat sonra isə 95,698 min dollar (+4,04%) təşkil edib.

 

Ekspertlər deyir ki, kriptovalyutanın dəyəri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın "Bitkoin"in tənzimlənməsinin sadələşdirilməsi ilə bağlı tədbirləri təşviq edəcəyi gözləntiləri əsasında artır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi