Modern.az

Zəngəzur dəhlizi 4 ilə TAM AÇILACAQ

Zəngəzur dəhlizi 4 ilə TAM AÇILACAQ

21 Noyabr 2024, 11:55

“Azərbaycan və Türkiyə Çindən başlayaraq Londona qədər gedən çox vacib br dəhlizin parçasıdır”.

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.

O qeyd edib ki, hazırda Bakı-Tiflis-Qars marşrutu olsa da, bununla bağlı müəyyə gecikmələr var.

"Mütləq alternativlərə ehtiyac olduğu üçün Zəngəzur dəhlizi qiymətlidir. Azərbaycan tərəfindəki işlər olduqca yaxşıdır. Mən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad bəylə zaman-zaman görüşürəm, dünən də lazımi dəyərləndirmələri etdik. Türkiyə tərəfində də önümüzdəki aylarda çalışmağa başlayacağıq. 4 il müddətində bu çalışmaları bitirib fəaliyyətə başlayacağımızı düşünürəm”- Uraloğlu İTV-yə müsahibəsində bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü