Modern.az

İctimai Palata məsələsində mövqelər parçalandı

İctimai Palata məsələsində mövqelər parçalandı

26 Dekabr 2013, 12:21

“İctimai Palata ilə bağlı mövqelər yarıbayarı bölünüb. Burada nə konsensus, nə də vahid fikir var. Konsensus olmadan sessiyanın keçirilməsi çox ciddi problemlər yarada bilər”.

  Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, İctimai Palata Koordinasiya Şurasının (İPKŞ) üzvü Rafiq Manaflı deyib. O qeyd edib ki, qurumla bağlı məsələlər müzakirə edilib, sonra qərar verilməlidir: “Hazırda müzkirələr davam edir. Vaxt da, artıq, tükənir. Bu məsələ ya əzilməlidir, ya da düzülməlidir. Güman edirəm ki, yaxın 2 ay ərzində məsələ həllini tapacaq”. 

R.Manaflı hazırda İP-lə bağlı həssas mərhələnin olduğunu bildirib: “Dünənki iclasda kvorum olsa da, tam tərkib yox idi. Müzakirələri detallı şəkildə mətbuata çıxarmaq olmaz. Müzakirələr bitəndən sonra hər kəs fikirini bildirəcək”.  
Qeyd edək ki, dekabrın 25-də İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib.  

İlkin
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!