Modern.az

Mətbuat xidməti: “Bakıda ən yaxşı işləyən nəqliyyat vasitəsi metrodur”

Mətbuat xidməti: “Bakıda ən yaxşı işləyən nəqliyyat vasitəsi metrodur”

26 Dekabr 2013, 12:34


Metrodan istifadə edənlər hərgün eyni problemlə üzləşir. Dolu, addım atmağa çətinlik çəkdiyimiz qatarlara minmək məcburiyyətində qalırıq.

Yeni qrafikə əsasən, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqə, qalan vaxtlarda 2,5-3 dəqiqədir.

Buna uyğun olaraq, «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkət edən qatarlarda müddət iki dəfə artıq olur.

Qeyd edək ki, bəzi hallarda «Həzi Aslanov» stansiyasından hərəkət edən qatarlarda interval müddəti daha artıq ola bilər. Buna, qrafikə uyğun olaraq, «Nərimanov» elektrik deposundan xəttə çıxan qatarların «Nərimanov» stansiyasına daxil olması və ümumi qrafikə qoşulması səbəb olur.

Qatarın dolu gəlməsilə  4-5 qatar ötürüb güclə qatara minən sərnişinlərin narazılığını nəzərə alıb, Metropolitenin mətbuat xidmətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıveridyeva bildirdi ki, qatarlar arası interval qrafikə uyğun həyata keçirilir. Sıxlığa gəldikdə isə “Paytaxda əhalinin sayının çox olması bizdən asılı deyil. Rayonlarda adam qalmayıb. Hamı Bakıdadır. Bütün nəqliyyat növlərinin hərəkətinə baxanda metro işini ən yaxşı görən nəqliyyat vasitəsidir. Kaş hamısı metro kimii işləyəydi”.

 

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!