Modern.az

Sabah ölkə ərazisində yağıntılı hava şəraiti olacaq

Sabah ölkə ərazisində yağıntılı hava şəraiti olacaq

26 Dekabr 2013, 12:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumat görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır.

Dekabrın 27-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!