Modern.az

Deputat NATO toplantısı üçün Kanadaya gedir

Deputat NATO toplantısı üçün Kanadaya gedir

Parlament

21 Noyabr 2024, 16:27

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 22-də Kanadanın Monreal şəhərinə səfər edəcək.

Modern.az-ın məlumatına görə sessiya çərçivəsində   “NATO-nun inkişaf edən hava və raket hücumundan müdafiə durumu”, “Qərbi Balkanlar: NATO-nun astanasında yeni təhlükəsizlik çağırışları” və digər mövzularda müzakirələr aparılacaq.

Səfər müddətində deputat Ramid Namazovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

Səfər noyabrın 28-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər