Modern.az

Türkiyə mətbuatı İlham Əliyevin fəaliyyətini əks etdirən sərgidən yazdı

Türkiyə mətbuatı İlham Əliyevin fəaliyyətini əks etdirən sərgidən yazdı

26 Dekabr 2013, 12:56


Modern.az-ın məlumatına görə, İstanbulda “Çırağan” sarayında “Bir Prezidentin Portreti” adlı kitabın təqdimat mərasimindən əvvəl Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan və qonaqlar üçün nümayiş etdirilən “Azərbaycan- İslam mədəniyyətinin incisi” adlı fotosərgi qardaş Türkiyə mətbuatında geniş işıqlandırılıb. Bu barədə xəbərlər Türkiyənin “Anadolu”, “Cihan” agentlikləri, nüfuzlu “Yeni Şafaq”, “Posta”, “Star”, “Dünya bületeyni”, “Aktiv xəbər” və s. qəzetlərin manşetində yer alıb.

  “Azərbaycan- İslam mədəniyyətinin incisi Çırağanda”, “Möhtəşəm sərgi Çırağanda göstərildi”, kimi başlıqlarla dərc edilən xəbərlərdə sərginin  Prezident İlham Əliyevin doğum gününə həsr edildiyi vurğulanıb və qeyd edilib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin, tarixi irsin qorunması, dövlət başçısı tərəfindən tarixi məscidlərin bərpası və yeni məscidlərin inşası ilə bağlı ölkə başçısı tərəfindən aparılan geniş fəaliyyət bu fotolarda öz əksini tapıb.  

Xəbərlərdə o da qeyd edilib ki, islam memarlığının, islam dininin yayılmasını tərənnüm edən tarixi məscidlərlə yanaşı, Azərbaycan müstəqillik əldə etdikdən sonra tikilən və bərpa olunan məscidlərin fotoları nümayiş etdirilib. O da vurğulanıb ki, Cənubi Qafqazın ilk məscidi, dəfələrlə hücumlara məruz qalıb və nəhayət  Prezident İlham Əliyevin Sərəncamına əsasən bərpa edilərək yenidən qurulmuş  Şamaxı Cümə məscidinin əks olunduğu fotolar sərgiyə xüsusi gözəllik qatıb.  

Xəbərlərdə sərginin Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!