Modern.az

Mahir Süleymanlı Şabranda daha bir görüş keçirdi

Mahir Süleymanlı Şabranda daha bir görüş keçirdi

Parlament

21 Noyabr 2024, 19:29
Deputat Mahir Süleymanlı Noyabrın 21-də Şabran rayon vətəndaşlarının növbəti qəbulunu keçirib. 
 
Modern.az xəbər verir ki, qəbulda Şabran rayonu Çölquşçu kənd inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan Hacıqaraqaşlı, Çayqaraqaşlı, Çölquşçu, Xəlilli və Sarvan kənd sakinlərinin problemləri dinlənilib. 
 
Vətəndaşlar tərəfindən əsasən su və qaz, eləcə də məşğulluq və işsizlik  məsələləri ilə bağlı problemləri səsləndirilib. 
 
Bir sıra məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı qeydlər aparılaraq səlahiyyətlər çərçivəsində onların həllinə çalışılacağı bildirilib.
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər