Modern.az

Pakistanda dəhşətli hücum: 38 nəfər ÖLDÜ

Pakistanda dəhşətli hücum: 38 nəfər ÖLDÜ

21 Noyabr 2024, 20:40

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda naməlum silahlı şəxslərin minik avtomobillərinə atəş açması nəticəsində 38 nəfər ölüb, ondan çox insan yaralanıb.

 

Modern.az xəbər verir ki, əyalət rəhbərinin mətbuat xidməti silahlı şəxslərin əvvəlcə polisi hədəf aldığını bildirib.

 

Məlumata görə, ölənlər arasında bir qadın və bir uşaq var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir