Modern.az

Gəncədə ərlə arvad bıçaqlandı - Qadın ÖLDÜ

Gəncədə ərlə arvad bıçaqlandı - Qadın ÖLDÜ

Hadisə

22 Noyabr 2024, 08:08

Gəncədə bıçaqlanan şəxslərdən biri xəstəxanada ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü U. Huseynovanın həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, gecə saatlarında ər və arvad qohumları tərəfindən bıçaqlanıb.

 

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, R. Abbasov salxanılaraq istintaqa təhvil verilib.

 

***

23:19

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazsində qeydə alınıb.

 

Belə ki, 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

 

Dərhal hər iki xəstəyə yardım edilib və onların vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, hadisəni E.Huseynovun bacısı oğlu törədib.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi