Modern.az

Bu il 301 nəfər sərhəd pozucusu saxlanılıb

Bu il 301 nəfər sərhəd pozucusu saxlanılıb

Hadisə

22 Noyabr 2024, 09:25

2024-cü ildə 301 nəfər sərhəd pozucusu saxlanılıb.

Modern.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.

“Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılıb”, - o bildirib.

Ümumilikdə isə DSX Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib.

Araz Məmmədov bildirib ki, 2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 psixotrop həb aşkarlanıb.

Saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi