II qrup Qarabağ əlili Zair Həsənovun özünü yandırma həddinə çatdırılmasına etiraz əlaməti olaraq Bakının Fəvvarələr meydanına aksiya təyin edilib. Bu barədə aksiyanın təşkilatçılarından olan Qarabağ qazisi Asif Yusifli “Facebook” sosial şəbəkəsində müraciət yayıb. “Qaziləri yandırma!” şüarı altında keçiriləcək aksiya 28 dekabr saat 15.00 da Fəvvarələr meydanına təyin olunub.
Təşkilatçılar bildiriblər ki, Qarabağ qazisinin özünü yandırması bir obyektin sökülməsinə etiraz deyil. Əsgər ölümlərinə, ölkədəki özbaşınalığa, haqsızlığa, rüşvətə, korrupsiyaya etirazdır.
Modern.az