“Şəxsi məsələ ilə bağlı Almaniyaya getmişdim. Daha sonra Fransaya səfər etdim. Orada Qənimət Zahidlə görüşdüm. Azərbaycanı tərk edən dostlarımızla görüşdüm. Hərəkatla bağlı onlarla da müzakirələr apardıq”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) və Milli Şuradan istefa verən, “Xalq arzusu” Hərəkatının yaradıcısı Asəf Quliyev deyib. Onu sözlərinə görə, hərəkatla bağlı məsələ Avropada yaşayan azərbaycanlı mühacirlər tərəfindən müsbət qarşılanıb: “Düşünürəm ki, ölkədən kənarda yaşayanlar da bu hərəkata qoşulacaq və bu hərəkat Avropada da formalaşdırılacaq. Mənə elə gəlir, bu, milli məsələdir və biz dəstək alacağıq”.