Modern.az

Ukrayna Şimali Koreyalı generalı YARALADI

Ukrayna Şimali Koreyalı generalı YARALADI

Dünya

22 Noyabr 2024, 14:45

Ukraynanın Rusiyanın Kursk vilayəti ərazisinə endirdiyi raket zərbələri nəticəsində Şimali Koreyanın generalı yaralanıb.
 

Modern.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti Qərb mənbələrinə istinadən yazıb.


Məqalədə Şimali Koreyalı generalın Ukraynanın Kursk vilayətinə bu yaxınlarda endirdiyi zərbə zamanı yaralandığını bildirib. Mənbə generalın necə xəsarət alması ilə bağlı təfərrüatları və yüksək rütbəli hərbçinin kimliyini açıqlamayıb.

 

Qeyd edək ki, WSJ Şimali Koreyanın qoşunlarına nəzarət etmək üçün general-polkovnik Kim Yonq Boku Rusiyaya göndərdiyini yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi