Modern.az

Azyaşlını maşın vurdu

Azyaşlını maşın vurdu

22 Noyabr 2024, 18:14

Şirvan şəhərində azyaşlı uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, yol qəzası saat 14 radələrində Şirvan şəhərində qeydə alınıb.

 

Salyan sakini D.Xankişiyeva idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən 2020-ci il təvəllüdlü M.Süleymanlını vurub. Xəsarət alan azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib. Həkim nəzarətində olan uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi