Modern.az

Azərbaycanda 1680 məktəb odunla qızdırılır

Azərbaycanda 1680 məktəb odunla qızdırılır

26 Dekabr 2013, 15:43

Təhsil Nazirliyi orta məktəblərin istiliklə təminatı məsələsinə dair açıqlama verib. Nazirlik bildirib ki, ölkə daxilində 1656 məktəb istilik sistemi ilə təmin olunub. 310 məktəb elektrik sobalarından, 469 məktəb mavi yanacaqdan, 386 məktəb duru yanacaqdan, 1680 məktəb isə odundan istifadə olunaraq qızdırılır.

“Məktəblərin qışa hazırlıq vəziyyəti qənaətbəxşdir. Bununla belə, məktəblərdə müəyyən problemlər vardır ki, onların da aradan qaldırılması istiqamətində tədbirlər görülür”-deyə nazirlik bildirib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!