Modern.az

Elşad Miri “Harun Yəhya” ilə bağlılığını inkar edir

Elşad Miri “Harun Yəhya” ilə bağlılığını inkar edir

26 Dekabr 2013, 16:05


“Mən Adnan Oktarın nümayəndəsi olmamışam. Mən sadəcə onun özünü tanımadan kitablarını oxumuş və Azərbaycan dilinə tərcümə etmişəm”. Bunu Modern.az-a ilahiyyatçı Elşad Miri deyib. O, “Harun Yahya” ləqəbli Adnan Oktarın sadəcə ideyalarının təbliğ etdiyini qeyd edib. “Onun kitablarını Azərbaycan dilinə tərcümə etməyimə peşman deyiləm. Həmin kitablar həqiqətən dəyərlidir və bir çox insanın İslamı daha gözəl anlamasına səbəb olur”.

Azərbaycanlı ilahiyyatçı Türkiyədə şübhəli şöhrətə malik A.Oktarı efirdə qadınlara qarşı davranışını da tənqid edib. “Ancaq efirdə xanımlara göstərdiyi münasibətə və İslamı fərqli yönə çəkdiyinə görə Adnan Oktarla olan bütün əlaqələrimi kəsmişəm. Onun davranışı İslama baş ucalığı gətirmir və dinimiz haqqında yanlış anlaşılmalara gətirib çıxarır”, – deyə E. Miri söyləyib.

Qeyd edək ki, vaiz A.Oktar Türkiyədə geniş tanınan bir şəxsdir. Azərbaycanda “Quran möcüzələri” adlı kitabları ilə tanınır. Ona məxsus A9 telekanalında da gündəlik çıxışları olur.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!