“Rüstəm bəy istefasını əsaslandırdı. O, çox həssas adamdır. Müsavatın Partiyasının da son sessiyada da mövqeyi buna hesablanmışdı”.
Bunu Modern.az-a Milli Şuranın üzvü Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən istefasına münasibət bildirərkən deyib. O, qeyd edib ki, hazırda Milli Şura İctimai Palatanın genişləndirilmiş forması kimidir:
“İndi Rüstəm istefa verdi. Burada nə qazandıq? Rüstəm bəyi də itirdik. Bundan sonra Azərbaycan müxalifətinin qonşu qeybətcil arvadların səviyyəsində olan didişmələrinin şahidi olacağıq. Durum bu vəziyyətdədir. Rüstəm İbrahimbəyov deyib ki, Milli Şurada fəaliyyətini davam etdirəcək. Sədrlikdən və fəxri sədrlikdən istefa verdirdilər. Bundan sonra Milli Şuranın fəaliyyəti mənim üçün şübhə altındadır”.
Qeyd edək ki, Kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının fəxr sədrlik porstundan istefa verib.
İbrahimbəyov istefa verməsini Müsavat Partiyasının fəaliyyəti ilə əlaqələndirib: “Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm. Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək”.
İlkin PİRƏLİ