Modern.az

ABŞ-də təyyarə qəzası - Ölənlər var

ABŞ-də təyyarə qəzası - Ölənlər var

Dünya

24 Noyabr 2024, 09:41

ABŞ-nin Kolorado ştatında “Cessna 182” tipli yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “NBC” televiziyası məlumat yayıb.

 

Axtarış-xilasetmə uçuşu həyata keçirən təyyarə Boulder şəhərindən təxminən 77 km şimalda qəzaya uğrayıb.

 

Təyyarədə mülki hava patrulunun könüllüləri olub. Bir pilot və fotoqrafı ölüb, ikinci pilot ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Qəzanın səbəbi barədə məlumat verilmir. Səlahiyyətlilər baş verənlərlə bağlı araşdırmalara başlayıb.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi