Modern.az

Türkiyədə ağır yol qəzası - 30 YARALI

Türkiyədə ağır yol qəzası - 30 YARALI

Dünya

24 Noyabr 2024, 11:05

Türkiyədə baş verən zəncirvari yol qəzasında 30 nəfər xəsarət alıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Afyonkarahisarın Emirdağ rayonunda baş verib.

 

Belə ki, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu evakuator və minik avtomobili ilə toqquşub.

 

Qəzada yaralanan 30 sərnişin Afyonkarahisardakı müxtəlif xəstəxanalara aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi