
“Rəyasət Heyətinin iclasında Müsavatın təklif ilə bağlı müzakirə aparılmadı. Bununla bağlı növbəti toplantıda müzakirələr aparılıb, qərar veriləcək”.
Bunu
Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, toplantıda ölkədəki vəziyyətlə bağlı müxtəlif məsələlər müzakirə olunub:
“Burada Milli Şuranın və İctimai Palatanın fəaliyyəti ilə bağlı müzakirələr aparıldı. Daha sonra isə partiya üçün önəmli olan məsələlər diqqət mərkəzində olub”.
Qeyd edək ki, dekabrın 13-də AXCP və Müsavat Partiyasının rəhbərlikləri səviyyəsində görüş keçirilib. Görüşdə Müsavat tərəfindən AXCP-yə müttəfiqlik sazişi imzalamaq təklif olunub. Qarşı tərəf isə bu təklifin Rəyasət Heyətinin iclasında müzakirə olunacağını bildirib. Təklifin bu gün müzakirə ediləcəyi gözlənilsə də, bu baş vermədi.
İlkin PİRƏLİ