Modern.az

Bakının bu ərazisində işıq KƏSİLƏCƏK

Bakının bu ərazisində işıq KƏSİLƏCƏK

Ölkə

24 Noyabr 2024, 18:52

Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

 

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi