“Rüstəm İbrahimbəyov istefasının səbəblərini açıqlayıb. Onun atdığı addıma hörmətlə yanaşıram”.
Bunu Modern.az saytına Milli Şuranın sədri Cəmil Həsənli Rüstəm İbrahimbəyovun qurumun fəxri sədrliyindən istefa verməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, İbrahimbəyov Milli Şuranın üzvü olaraq qalır:
“Rüstəm bəy hesab edir ki, fəxri sədrlikdən getsə, Milli Şuranın siravi üzvü kimi qalsa, daha çox xeyir verə, birlik modeli bu formada daha etibarlı qorunub saxlanıla bilər. Ona görə də belə bir addım atıb. Onun fəxri sədrlikdən getməsi Milli Şuradan getməsi emək deyil. O, Milli Şurada olan hüquqi üzvlüyünü saxlayıb, fəxri sədrlikdən istefa verib”.
Qeyd edək ki, kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının fəxr sədrlik porstundan istefa verib.
İbrahimbəyov istefa verməsini Müsavat Partiyasının fəaliyyəti ilə əlaqələndirib: “Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm. Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək”.
İlkin