Antalyada yanan təyyarədə olan 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
"Hava limanında uçuşlar saat 03:00-a qədər ləğv edilib", - açıqlamada bildirilir.
***
23:49
Rusiyanın Soçi şəhərində Türkiyəyə uçan təyyarə alışıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, Soçidən gələn təyyarə Antalya hava limanına eniş edərkən yanıb.
Azimut Hava Yollarına məxsus təyyarədə baş verən yanğın artıq söndürülüb. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.