Modern.az

İlham Əliyev Ramazan Abdulatipovla birgə nahar edib

İlham Əliyev Ramazan Abdulatipovla birgə nahar edib

26 Dekabr 2013, 18:31

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin genişləndirilməsində ölkəmizlə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Dağıstan Respublikası arasında əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Prezident İ. Əliyev R. Abdulatipovun səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, eləcə də Dağıstanla tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Prezident İ. Əliyev səfərin iqtisadi sahədə əməkdaşlığa dair məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını deyib.

R. Abdulatipov Rusiya prezidenti Vladimir Putinin Dağıstanla Azərbaycan arasında münasibətlərin fəal şəkildə davam etdirilməsinə önəm verdiyini söyləyib. Fəxri xiyabanda Heydər Əliyevin və Əziz Əliyevin xatirələrini ehtiramla yad etdiklərini vurğulayan R. Abdulatipov Dərbənddə Heydər Əliyevin xatirəsinə yeni xiyaban və parkın salınması istiqamətində də işlərin görüləcəyini deyib.

Dövlət başçısı Dağıstanda Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb, görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin bir hissəsinin Dağıstanla bağlı olmasını məmnunluqla xatırlayıb.

Azərbaycan prezidenti İlham Əliyev və Dağıstan prezidenti Ramazan Abdulatipov birgə nahar da ediblər.  


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!