Modern.az

MEDİA saytlar üçün də müsabiqə elan etdi

MEDİA saytlar üçün də müsabiqə elan etdi

Media

25 Noyabr 2024, 12:24

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Modern.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Qeyd edək ki, müsabiqəyə 2 dekabr 2024-cü il saat 18:00-dək müraciət etmək mümkündür.

Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi