Xəbər verildiyi kimi, Türkiyəni silkələyən "Böyük rüşvət" əməliyyatının istintaq materiallarında baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın idarə heyətinin üzvü olduğu "Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi”nin (TÜRGEV) də adı keçir.
Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, olayla bağlı təhqiqat aparan prokuror Muammer Akkaşın çağırışı ilə Bilal Ərdoğan şübhəli şəxs qismində istintaqa çağırılıb.
Yayılan xəbərlərdə qeyd olunur ki, Bilal Ərdoğana 2 yanvar 2014-cü il tarixində İstanbul prokurorluğuna gəlmək üçün xəbərdarlıq edilib.
Bu xəbərlər yayılandan sonra baş prokurorun əmri ilə cinayət işini araşdıran prokuror Muammer Akkaş istintaqdan uzaqlaşdırılıb. Onu özbaşınalıqda suçlayıblar.
Qeyd edək ki, TÜRGEVin ümumi təsisçiləri Ərdoğan ailəsinin üzvləridir:
Necmeddin Bilal Ərdoğan (Baş nazir Ərdoğanın oğlu)
Əsərə Albayrak (Baş nazir Ərdoğanın qızı)
Sərhəd Albayrak (Baş nazir Ərdoğanın kürəkəninin böyük qardaşı)
Reyhan Uzuner (Baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın qayınanası)
Ziya İlgen (Baş nazir Ərdoğanın qaynı)
Şölə Albayrak (Baş nazir Ərdoğanın qızı Əsərə Albayrakın gəlini)
Əhməd Ergün (Baş nazir Ərdoğanın ən yaxın yoldaşlarından)
Bülent Turan (AKP İstanbul millət vəkili)
Həsən Can (AKP-li Ümraniye bələdiyyə başçısı)
Mevlüt İtaətli (AKP-li Başakşehir bələdiyyə başçısı)
Mustafa Dəmir (AKP-li Fateh bələdiyyə başçısı)
Məmməd Doğan Kubat (AKP İstanbul millət vəkili)
Mustafa Ataş (AKP İstanbul millət vəkili)
Jasmin Solmaz (Ərdoğana yaxınlığı ilə bilinən iş adamı Remzi Gurun qızı)
Zeynəb Bolluğa Əkər Ayxan (Kənd təsərrüfatı naziri Mehdi Əkərin qızı)
Modern.az