“2013-cü il Azərbaycan-Ermənistan yüksək səviyyəli dialoqunun başlanmasında mühüm rol oynadı”.
Modern.az xəbər verir ki, bu Rusiyanın Xarici İşlər Nazirliyinin 2013-cü il üçün açıqladığı hesabatında bildirilib.Hesabatda qeyd olunur ki, Rusiya MDB məkanındakı münaqişələri siyasi və diplomatik yolla həllinə nail olmaq üçün səylərini davam etdirir. Dağlıq Qarabağ problemi ilə bağlı məqama belə toxunulub: “Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində Rusiyanın atdığı addımalr ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsindədir. Minsk Qrupunun həmsədrlərinin birgə səyləri nəticəsində Azərbaycan-Ermənistan arasında əlaqələrinin bərpası haqqında razılıq əldə edilib”-deyə hesabatda qeyd olunur.
Aqşin Kərimov