Modern.az

“Qarabağ” - “Lion" oyununa satılan bilet sayı

“Qarabağ” - “Lion" oyununa satılan bilet sayı

25 Noyabr 2024, 16:40

UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) oyununa satılan bilet sayı bəlli olub.

Ağdam klubundan Modern.az-a verilən məlumata görə, artıq 17500 azarkeş bilet alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.

Qeyd edək ki, “Qarabağ” - “Lion" oyunu noyabrın 28-də, saat 21:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?