Uruqvay prezidenti Xose Muxika yeni iqtisadiyyat nazirinin vəzifəsinin icrasına başlaması ilə bağlı keçirilən mərasimə ayağı yalın gəlib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, dövlət başçısının xarici görünüşü sosial şəbəkədə və yerli mətbuatda fəal müzakirəyə səbəb olub. Prezidentin həmkarları rəsmi mərasimə kostyumda və qalstukda qatılıblar, Muxika isə adi köynək geyinibmiş.
Fotoreportyorların diqqətini 78 yaşlı Uruqvay rəhbərinin ayaq barmaqlarındakı uzun dırnaqlar da cəlb edib. Muxika nə səbəbdən belə geyindiyini izah etməyib. Amma jurnalistlər qeyd ediblər ki, Uruqvayda və qonşu ölkələrdə havanın hərarəti çox yüksəkdir. Gündüz hərarət hətta 40 dərəcəyə çatır.
Xose Muxika 2010-cu ildən Uruqvayın prezidentidir. Onu sadə həyat tərzinə görə dünyanın ən kasıb prezidenti hesab edirlər. Muxika əmək haqqının demək olar 90 faizini xeyriyyəçiliyə sərf edir. Prezident 1987-ci il istehsalı olan “Volkswagen Beetle” hərəkət edir.