Modern.az

Sərnişinin halı pisləşdi: təyyarə təcili Bakıya ENDİ

Sərnişinin halı pisləşdi: təyyarə təcili Bakıya ENDİ

Hadisə

25 Noyabr 2024, 19:58

“Air Arabia" aviaşirkətinin Moskva-Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeropotunun mətbuat xidmətindən bildirilib.

 

Bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.

 

“Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi