Modern.az

Politoloq: “Qarabağla bağlı heç bir irəliləyişdən söhbət gedə bilməz”

Politoloq: “Qarabağla bağlı heç bir irəliləyişdən söhbət gedə bilməz”

27 Dekabr 2013, 11:11


“Rusiya Xarici İşlər Nazirliyinin hesabatında Azərbaycanla Ermənistan arasında razılığın əldə olunması haqda deyilənlər prezidentlərin yenidən görüşü, müzakirələrin davam etdirilməsi kimi məsələləri nəzərdə tutur”.

Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib. O, Rusiya XİN-in Dağlıq Qarabağ münaqişəsindən də bəhs edən hesabatına münasibət bildirərkən qeyd edib ki, əslində heç bir irəliləyişdən söhbət gedə bilməz. Siyasi ekspertin fikrincə, belə bəyanat hər hansı bir müsbət nəticədən xəbər vermir: “Danışıqların davam etməsi müsbət irəliləyiş demək deyil. Minsk Qrupunun həmsədrləri danışıqlarda irəliləyişlərin olması təsəvvürünü yaratmaq istəyirlər”.

Qeyd edək ki, Rusiya XİN 2013-cü il üçün açıqladığı hesabatda Azərbaycanla Ermənistan arasında razılığın əldə olduğunu bəyan edib.  


Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!