Modern.az

"Bəy hamamı"nda YANĞIN - YENİLƏNİB

"Bəy hamamı"nda YANĞIN - YENİLƏNİB

Hadisə

25 Noyabr 2024, 21:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

***

21:27

Sumqayıt şəhəri Çerkassı küçəsində yerləşən “Bəy hamamı” adlanan obyektdə yanğın baş verib.

 

Modern.az xəbər verir ki, əraziyə aidiyyatı qurumlar cəlb olunub.

 

Yanğının yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

 

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU