“2013-cü ildə dövlətin film çəkilişi üçün ayırdığı pulun hamısı sərf olunub. Filmlərin bəzisi keçən ildən qalan filmlərdir, bu il tamamlanıb. Bəzisinin çəkilişi bu il başlanıb, gələn il bitəcək. Dəqiq rəqəmi heç vaxt demək olmur ki, konkret neçə film çəkilib”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.
Y. Şeyxovun sözlərinə görə, film istehsalı üçün ayrılan pulun miqdarı dəyişməyib: “Bu il olduğu qədər 2014-cü ildə də film istehsalı üçün 6.5 milyon manat pul ayrılıb. 4 bədii film istehsal olunacaq, amma adları hələ açıqlanmayacaq”.