Modern.az

MDB-nin kəşfiyyat rəhbərləri Moskvaya toplaşıb

MDB-nin kəşfiyyat rəhbərləri Moskvaya toplaşıb

26 Noyabr 2024, 10:50

Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti məsələlərinə dair iclası keçirilir.

Modern.az-ın məlumatına görə, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu qeyd edib ki, toplantıda birgə işin nəticələrinə baxılacaq, yaxın gələcəkdə MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında qarşılıqlı fəaliyyət üçün vəzifələr və prioritetlər müzakirə olunacaq.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi