Modern.az

Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni icması ilə yeni görüş istəyir

Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni icması ilə yeni görüş istəyir

27 Dekabr 2013, 12:26

Azərbaycan Milli Məclisi bu gün payız  sessiyasının son iclasını keçirir. Modern.az-ın məlumatına görə, artıq başlayan iclasın gündəliyinə ümumilikdə 32 məsələ daxildir.

Bugünkü iclasda çıxış edən deputat, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü Rövşən Rzayev deyib ki, icma olaraq ermənilərlə danışıqları davam etdirməyin yollarınıa axtarırlar. İstənilən müharibənin sonunun sülh danışıqları ilə yekunlaşdığını xatırladan millət vəkiliinin sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni icması ilə yeni görüş keçirməkdə maraqlıdır və bununla sülhə öz töhfəsini vermək istəyir. R.Rzayev deyib ki, bu istiqamətdə atdıqları addıma qarşı tərəfdən reaksiya olmadığına görə, beynəlxalq təşkilatların da məsələyə müdaxiləsi vacibdir. Deputat bu məsələdə Milli Məclisin sədri Oqtay Əsədovdan kömək istəyib.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təşəbbüsünü dəstəklədiyini deyən O.Əsədov da ermənilərdən cavab almağın çətinliyini bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...