Modern.az

Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR

Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR

Təhsil

26 Noyabr 2024, 12:22

Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır.

 

"Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bbildirib. "Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi