Modern.az

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Təhsil

26 Noyabr 2024, 12:14

Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesi bu gündən başlayır.

Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, bu gün saat 15:00-da başlayan proses 9 dekabr tarixinədək davam edəcək.

Bildirilib ki, Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün 29 dekabrda, digər fənlər üzrə isə 22 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi