Modern.az

Bazar günü imtahan verənlərin NƏZƏRİNƏ!

Bazar günü imtahan verənlərin NƏZƏRİNƏ!

Təhsil

26 Noyabr 2024, 12:31

Məlum olduğu kimi, 2024-cü il dekabrın 1-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

Mərkəzdən bildirilib ki, iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

Qeyd edək ki, iddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU