Modern.az

Zahid Oruc: "Azərbaycanda casus şəbəkəsi yaradılıb"

Zahid Oruc: "Azərbaycanda casus şəbəkəsi yaradılıb"

27 Dekabr 2013, 12:31


Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc ATƏT-in Varşava Bürosunun ünvanına ksəkin ittihamlar səsləndirib. O, deyib ki, ATƏT-in Varşava Bürosu Azərbaycanda QHT-lər vasitəsilə özünün casus şəbəkəsini yaradıb.
Büronun oktyabr ayında keçirilən prezident seçkiləri ilə bağlı mövqeyinə münasibət bildirən Z.Oruc deyib ki, onların sonuncu hesabatları əvvəlki hesabatlarından heç nə ilə fərqlənmir. O, qeyd edib ki, ümumiyyətlə, Büronun 220 nəfər nümayəndəsinin mövqeyi heç də seçkiləri izləyən bütün müşahidəçilərin mövqeyi demək deyil: "ATƏT-in Varşava Bürosu Azərbaycanda QHT-lər vasitəsilə özünün casus şəbəkəsini yaradıb. Buradan onlara informatorluq edənlər var. Tam əminliklə bildirirəm ki, Varşava Bürosu casus şəbəkəsidir. Eyni zamanda, ATƏT-in Minsk qrupu nədirsə, Varşava Bürosu da odur. Bu baxımdan Azərbaycan hökumətini Varşava Bürosu ilə əməkdaşlığı dayandırmağa çağırıram. Biz bundan heç nə itirmərik".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?