Modern.az

“Azərsu” ASC-nin mətbuat katibi 13 səslə birinci oldu

“Azərsu” ASC-nin mətbuat katibi 13 səslə birinci oldu

27 Dekabr 2013, 12:30

2013-cü ildə Dövlət şirkətləri və Səhmdar Cəmiyyətlərindən hansının mətbuat katibi yaxşı fəaliyyət göstərib?

Jurnalistlərin  Müsahibə Klubu Facebook qrupunda “2013-cü il üçün Dövlət şirkətləri və Səhmdar Cəmiyyətlərindən hansı qurumun mətbuat katibi (mətbuatla əlaqələri) yaxşı fəaliyyət göstərib?” sualı ilə sorğu keçirilib. Qrupun admini, Femida.az portalının baş redaktoru Pərvin Abbasovun verdiyi məlumata görə, dekabrın 24-də start verilən sorğu əvvəlcədən elan olundğu kimi, dekabrın 26-da saat 00.00-da başa çatıb.

Sorğunun nəticələrinə əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi (Anar Cəbrayıllı) 13 səs toplayaraq birinci olub. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi (Araz Ağayev) 8 səslə ikinci olub.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti 3 səslə üçüncü olub.

Ümumi sıralama belədir:

1.         “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi – 13 səs

2.        “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi – 8 səs

3.        “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi – 3 səs

4.        Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi – 2 səs

5.-7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi – 1 səs

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi – 1 səs

Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi – 1 səs

Dövlət Sığorta Kommersiya Şirkəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, ”Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının mətbuat xidmətləri isə jurnalistlərdən bir səs belə almayıb.

Qeyd edək ki, jurnalistlərin Müsahibə Klubu Facebook qrupunun üzvləri jurnalistlərdən ibarətdir. Qrupun 200 üzvü var. Qrupda bundan əvvəl “2013-cü il üçün Nazirlər Kabinetinə (NK) daxil olan hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?”,  “2013-cü il üçün Dövlət Komissiyaları və Dövlət Agentliklərindən hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?” sualları ilə sorğular keçirilib.

 

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!