Modern.az

Deputat Bakıdakı yeraltı maşın dayanacaqlarının qiymətlərindən şikayətləndi

Deputat Bakıdakı yeraltı maşın dayanacaqlarının qiymətlərindən şikayətləndi

27 Dekabr 2013, 12:40


Modern.az
xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat Çingiz Qənizadə şəhərdəki  tıxac problemindən danışıb. O, bildirib ki, tıxac probleminin həlli üçün Bakıda yeraltı dayanacaqlar tikilib. Amma bu dayanacaqlarda qiymətlər çox bahadır.

“Şəhər mərkəzindəki həmin dayanacaqlarda maşını 6 saatdan yuxarı saxlamaq üçün 6 manat ödəmək lazımdır. Deməli, ayda 150 manat yalnız maşın dayancağına pul verilməlidir. O ərazidə yaşayan insanlar ümumiyyətlə hər günə 10 manat, ayda 300 manat pul ödəməli olacaqlar. Dünyanın heç yerində belə qiymətlər yoxdur. Dövlətin siyasəti nəticəsində dayanacaqlar tikilib istifadəyə verilib. Amma kimlərsə bundan daha çox qazanc əldə etməyə çalışırlar”.

Spiker Oqtay Əsədov isə dayanacaqların idarə olunması səlahiyyətinin özəl qurumlarda olduğunu deyib. “Dayanacaqlar boş qalanda, məcbur olub qiyməti aşağı salacaqlar, bu, özü tənzimlənməlidir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!