
Milli Məclisin bu gün keçirilən iclasında deputat İqbal Ağazadə siyasi məhbuslar məsələsini qaldırıb.
Modern.az-ın xəbərinə görə, o deyib ki, tanınmış vəkil Qurban Məmmədov 3 il azadlıqdan məhrum olunub:
“Onun üzünə duran şəxs guya əlil idi. Prokuror Yadigar Sadıqov guya kiməsə fiziki işgəncə verdiyinə görə 7 il iş istəyib. Amma işdə heç bir həkim rəyi yoxdur. Yaxud İsmayıllı hadisələrinə görə həbs olunanlar, NİDA-çıların işləri də eyni vəziyyətdədir. İsmayıllı hadisələrində yanğının qarşısını alan bir şəxsi də həbs edib iş veriblər”. Spiker Oqtay Əsədov isə İqbal Ağazadəni həm vəkil, həm prokuror, həm də hakim kimi danışmaqda ittiham edib: “Hansı müxalifət qəzetini açırsan, yalnız qızışdırıcı yazılar olur. Bir az özünüz də həmrəy olmalısınız”.
Modern. az