Modern.az

Ombudsmanın, məhkəmə hakimlərinin maaşı artırıldı

Ombudsmanın, məhkəmə hakimlərinin maaşı artırıldı

27 Dekabr 2013, 12:52

Milli Məclisbugünkü iclasında  İnsan hüquqları üzrə müvəkkil haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Qanunlara ilkin dəyişiklik edib. Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Ombudsmanının, Konstitusiya Məhkəməsi və digər instansya məhkəmələrinin hakimlərinin maaşı qaldırılıb.

Millət vəkili Bəxtiyar Əliyev hesab edir ki, Azərbaycanda gedən iqtisadi yüksəlişə görə tez-tez qanunları dəyişib əmək haqlarını artırmaq lazım gəlir: “Lakin hər dəfə Konstitusiya qanunlarını dəyişdirmək, altı aydan sonra bir daha məsələyə baxmaq bəlkə də düzgün deyil”. 
B.Əliyev əmək haqqı məsələsinin bu qanunlardan çıxarılmasını təklif edib.

Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunun 16.1-ci maddəsinə edilən təklif olunan dəyişikliyə əsasən, Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılıb. Ombusdmanın maaşına edilən artım qanuna müvafiq olaraq Ombusdman Aparatı işçilərinin də maaşına təsir edəcək.

"Konstitusiya məhkəməsi haqqında" qanunun 71.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata qaldırılıb. Artım Konstitusiya Məhkəməsinin hakimlərinin də aylıq maaşlarına müvafiq olaraq təsir edir.

Əli Hüseynli bildirib ki, maaşlar bu il dekabrın 1-dən artırılsa da, qanundakı dəyişikliklər gələn aydan qüvvəyə minəcək.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!