Gələn ildən etibarən Azərbaycanda Avropa standartlarına uyğun şəxsiyyət vəsiqələrinin hazırlanmasına başlanılacaq. Modern.az parlamentdən xəbər verir ki, bununla əlaqədar qanunlara bir sıra dəyişikliklər edilib. Lakin hələ görüləsi maddi-texniki işlər var. Bu haqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Onun sözlərinə görə, bu səbəbdən şəxsiyət vəsiqələrini formasının dəyişilməsi ilə bağlı qanunlar 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.