Modern.az

Hamiləlik və doğuma görə vəsait artırılmalıdır

Hamiləlik və doğuma görə vəsait artırılmalıdır

Parlament

26 Noyabr 2024, 17:12

Uşaqların doğumuna görə birdəfəlik müavinət artırıldı. Amma kateqoriyaları bir az ayırmaq lazımdır.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.

 

O qeyd edib ki, işsiz, imkanı olmayan şəxslər üçün eyni standart, doğulan uşağa görə 500 manatın verilməsi ədalətli sayılmır.

 

"Biz demoqrafik siyasətlə bağlı stimullaşdırıcı addım atmırıq. Bizdə yaşlı əhalinin sayı artır, gənclərin sayı isə azalmaqdadır. Bu da doğum faizinin aşağı düşdüyünə görədir. Hamiləlikvə doğuma görə vəsaitin artırılması vacibdir", - deyə deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər