Modern.az

Ukraynanın birinci xanımı övladlarının yerini açıqladı

Ukraynanın birinci xanımı övladlarının yerini açıqladı

26 Noyabr 2024, 17:16

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya İtaliyanın Rai telekanalına övladlarının hazırda harada olduğunu deyib.

Modern.az xəbər verir ki, Y.Zelenskayanın sözlərinə görə, uşaqlarının təhlükəsizliyinə görə o, bütün təfərrüatları açıqlaya bilmir. Birinci xanım qeyd edib ki, onların oğlu və qızı Kiyevdə qalmaqda davam edirlər.

Yelena Zelenskaya vurğulayıb ki, mütəmadi olaraq işgüzar səfərlərə, o cümlədən xarici səfərlərə getsə də, övladları həmişə Ukraynanın paytaxtında olurlar.

Ukrayna prezidentinin xanımı onu da bildirib ki, əri ilə ayrı yaşamağa davam etsələr də, iş sayəsində onlar bir-birləri ilə görüşüb vaxt keçirə bilirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi