Modern.az

Rafiq Manaflı: "Müsavat Partiyası yeni format axtarışındadır"

Rafiq Manaflı: "Müsavat Partiyası yeni format axtarışındadır"

27 Dekabr 2013, 13:03


“Rüstəm İbrahimbəyovun istefası qəfil oldu. Milli Şuranın daxilində buna münasibətin necə olacağı bəlli deyil. Baş verənləri təxmin etmək olmur, müxtəlif fikirlər var. Rüstəm İbrahimbəyov həmsədrlikdən də böyüklük göstərərək istefa imtina etdi. O, bunu birliyin dağılmaması üçün etmişdi. Bu addımı da o cürdür. Bütün bəhanələrə son qoydu”.

Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. O bildirib ki, R. İbrahimbəyovun fəxri sədr olması Müsavatı daim qıcıqlandırırdı: “Müsavat Partiyası Milli Şuradan getməsi ilə bağlı fikir irəli sürməyib. Müsavat indiki vəziyyətdən çıxış yollarını axtarır. Onların apardığı danışıqlar da demokratik mübarizə üsullarını aramaqdır. Müsavatın apardığı danışıqlar Milli Şuranın əleyhinə deyil. Onların dediklərində də bu, aydın olur. Onlar bəyan etmişdilər ki, Rusiya vətəndaş olan adamın Milli Şuranın fəxri sədri ola bilməz. Bu məsələ də aydınlaşdı. Növbəti mərhələdə nələrin olacağını sessiya göstərəcək”.

R. Manaflı qeyd edib ki, Müsavat hazırkı durumda yeni format axtarışındadır: “Müsavat Partiyasının danışıqları aparan partiyalara diqqət etsək, görərik ki, bu partiyalar Milli Şuraya daxildir. Buradan da görünür ki, Müsavatın demokratik düşərgədən kənara çəkilmək fikri yoxdur. Müsavat mübarizə formasını Milli Şuraya daxil olan partiyalarla davam etdirmək istəyir. Sadəcə, Müsavat yeni format, mübarizə üsulunu axtarır. Axtarsınlar, görək, nə olacaq”.

VHP funksioneri Milli Şuradan istefaların olacağını istisna etmir: “İstefaların olması mümkündür. Çünki Milli Şurada Rüstəm İbrahimbəyovla bağlı şəxslər var. Onların istefaları Milli Şuraya deyil, İbrahimbəyova münasibətə görə ola bilər. Dostlarımızın bir hissəsinin istefa verməsi gözləniləndir”.

 

İlkin PİRƏLİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!