Modern.az

Tovuzda avtoqəza - İki müəllim xəsarət aldı

Tovuzda avtoqəza - İki müəllim xəsarət aldı

Hadisə

27 Noyabr 2024, 09:24

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Modern.az-ın məlumatına görə, hadisə Qovlar şəhər ərazisində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Ş.Əsgərova, 2003-cü il təvəllüdlü F.Bayramova və 1997-ci il təvəllüdlü A.Nofəlzadə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İlkin məlumata görə, xəsarət alanlar müəllimələr olub.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi